Türkiyə Prezidenti Misirə yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə yola düşüb.
"Report" xəbər verir ki, məlumatı "Trt Haber" yayıb.
Məlumata görə, Prezident Əsənboğa Hava Limanından yola salınıb.
Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinə ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir.
Qeyd edilib ki, Prezident diplomatik fəaliyyətini Misirin paytaxtı Qahirədə davam etdirəcək.
Ərdoğan Türkiyənin də üzv olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. O, həmçinin Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi iclasa da qatılacaq.
Qahirədə keçiriləcək sammitdə iqtisadi əlaqələrlə yanaşı, regional və qlobal məsələlər də müzakirə ediləcək.
Xatırladaq ki, D-8 üzvləri son olaraq iyun ayında İstanbulda bir araya gəlmişdi. Fövqəladə sammitdə "Qəzza" məsələsi müzakirə edilmişdi.
Oxşar xəbərlər
Ərdoğan TDT-nin Zirvə toplantısında iştirak üçün Qırğızıstana yola düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik iclası keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan ABŞ dövlət katibini hava limanında qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraq və Suriyada terrorçulara qarşı əməliyyatlarda 45 nəfər zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankarada Türkiyə və İran prezidentlərinin görüşü başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












