ABŞ Ermənistan ordusunda islahatlara dəstəyini davam etdirəcək
Ermənistan və ABŞ-nin müdafiə nazirləri Suren Papikyan və Lloyd Ostin Pentaqonda keçirilən görüşdə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, S.Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib.
“Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Lloyd Ostin iki ölkə arasında əməkdaşlığın genişlənməyə davam etdiyini vurğulayıb”, - məlumatda qeyd olunub.
L.Ostin ABŞ-nin Ermənistan Silahlı Qüvvələrinin islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. Nazirlikdən əlavə ediblər ki, beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Ermənistanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb
Ostin və Umerov Ukraynanın hərbi-sənaye kompleksinin gücləndirilməsini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
