Kobaxidze: Aİ səfiri, danışıqların başlanması sənədini masaya qoyun, bu gün imzalayacağam
"Aİ-nin səfirinə xatırlatmaq istəyirəm: danışıqların başlanması sənədini masaya qoyun, bu gün onu imzalayacağam”.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında deyib
Baş nazirin sözlərinə görə, Gürcüstan hökumətinin Avropa inteqrasiyası prosesini dayandırdığı barədə yalan məlumatlar yayılır.
“İlk bəyanatımızda və bu günə qədərki bütün açıqlamalarımızda vurğulamışıq və hələ də bəyan edirik ki, Avropa inteqrasiyası prosesini dayandırmırıq, əksinə Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzv olmasını təmin etmək üçün səylərimizi daha da artırırıq. Bu fonda, Avropa İttifaqının səfirinin radikal müxalifət və onun QHT-ləri və ya kütləvi informasiya vasitələri tərəfindən aparılan dezinformasiya kampaniyasına cəlb edilməsi utancverici və narahatedicidir. Təbii ki, belə hadisələr həmçinin Gürcüstan cəmiyyətinin Avropa bürokratiyasına olan inamını ciddi şəkildə zəiflədir. Mən Aİ-nin səfirinə bir daha xatırlatmaq istəyirəm: danışıqların başlanması sənədini masaya qoyun, mən bu gün onu imzalayacağam. Şantaj yerinə - bu, bizim mövqeyimizdir və Avropa strukturlarından da eyni dəyərli yanaşmanı gözləyirik, çünki bu, Gürcüstan cəmiyyətinin tələbidir", - Baş nazir əlavə edib.
Oxşar xəbərlər
Gürcüstan Baş naziri Aİ ilə üzvlük danışıqlarının başlanılmasına hazır olduğunu bəyan edib
Gürcüstanın Baş naziri: Aİ səfiri ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa, diplomatik tədbirlər görüləcək
Aİ-nin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
Kobaxidze: Son mitinqdəki zorakılığın məsuliyyəti Avropa siyasətçiləri ilə yerli agentlərin üzərindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













