Gürcüstan Baş naziri Aİ ilə üzvlük danışıqlarının başlanılmasına hazır olduğunu bəyan edib
sizinxeber.az xəbər saytı

Gürcüstan Baş naziri Aİ ilə üzvlük danışıqlarının başlanılmasına hazır olduğunu bəyan edib


Mən Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm – üzvlük danışıqlarına başlanılmasını masaya qoyun və mən onu bu gün imzalayım.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk. Bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifətin və onun QHT-lərinin, media orqanlarının həyata keçirdiyi dezinformasiya kampaniyasına cəlb olunması utancverici və narahatedicidir. Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını ciddi şəkildə sarsıdır. Aİ səfirinə xatırlatmaq istəyirəm - danışıqlara başladılmasını masaya qoyun və mən bu gün onu imzalayım”, - deyə Kobaxidze bildirib.

Oxşar xəbərlər

Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın baş naziri Aİ səfirini dezinformasiya yaymaqda ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Gürcüstan 2028-ci ilə qədər Aİ ilə öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirmiş olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda Ədliyyə Nazirliyinin 500-dən çox əməkdaşı Aİ-yə qoşulma prosesini dayandırmasını qınayan bəyanat imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər