KİV: Ermənistanda bir sıra yüksək vəzifəli şəxslər istefa verib
Ermənistanın infrastruktur naziri və vergi orqanlarının rəhbəri baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi verib.
“Report”un məlumatına görə, bu barədə “Shamshyan.com” saytı yazıb.
Qeyd olunur ki, Rüstəm Badasyan və Qnel Sanosyan baş nazir Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıb.
Öz növbəsində “24news” da yazıb ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Bundan əlavə, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan öz həmkarlarından nümunə götürüb. Lakin bu məlumat hələ təsdiqlənməyib.
Səs-küylü istefaların hələ rəsmi təsdiqi yoxdur. Baş nazirin qərarının tezliklə veriləcəyi gözlənilir.
Qeyd edilir ki, bütün bunlar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi töhmətdən sonra baş verməsi əlamətdardır.
Oxşar xəbərlər
Ermənistanın iqtisadiyyat naziri istefa verib
Moldovanın maliyyə naziri istefa verib
ABŞ Məxfi Xidmətinin rəhbəri Trampa sui-qəsdə görə istefa verib
Şri-Lankanın baş naziri istefa verib
Nyu-York Polisinin rəhbəri korrupsiya araşdırmaları fonunda istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













