Ankara və Doha Qara dənizdə təhlükəsiz gəmiçilik mexanizmi yaratmağa çağırıblar
sizinxeber.az xəbər saytı

Ankara və Doha Qara dənizdə təhlükəsiz gəmiçilik mexanizmi yaratmağa çağırıblar


Qətər və Türkiyə digər ölkələri Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün yeni mexanizmin yaradılmasına çağırıblar.

“Sizinxeber.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ankarada Qətər Əmiri şeyx Tamim bin Həməd əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iki ölkənin Ali Strateji Komitəsinin iclasının yekunlarına dair birgə bəyanatda deyilir.

Qətərin xəbər agentliyinin mətnini dərc etdiyi sənəddə də qeyd olunur ki, tərəflər Qara dənizdə təhlükəsiz kommersiya gəmiçiliyinin təmin edilməsi üçün yeni mexanizmin yaradılmasının zəruriliyini vurğulayıblar. Onlar həmçinin qlobal çağırışların ərzaq təhlükəsizliyinə ciddi təsirlərini müzakirə ediblər və Qara dənizin dünya bazarlarına maneəsiz ərzaq tədarükü üçün strateji əhəmiyyətini vurğulayıblar.

Bu baxımdan Doha və Ankara Qara dəniz taxıl təşəbbüsünü yüksək qiymətləndiriblər.

Oxşar xəbərlər

Ərdoğan Qətər əmiri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığa dair səkkiz saziş imzalanıb
Xəzər bölgəsindən nəqliyyat dəhlizləri… - Ərdoğan
Kobaxidze: Qara dəniz sualtı elektrik kabeli enerji müstəqilliyi və təhlükəsizliyinə effektiv həllər təmin edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər