Türkiyənin Aİ ilə iş üzrə sədri Almaniya XİN-in rəsmisi ilə Ankara – Brüssel əlaqələrini müzakirə edib
Türkiyənin xarici işlər nazirinin müavini və Avropa İttifaqı ilə iş üzrə İdarənin sədri səfir Mehmet Kemal Bozay Almaniya XİN-in siyasi direktoru səfir Günter Sautterlə Türkiyə – Aİ əlaqələrini müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə XİN-in bildirib.
“Nazir müavinimiz və Aİ ilə iş üzrə İdarənin sədri səfir Mehmet Kemal Bozay Almaniyanın Xarici İşlər Nazirliyinin siyasi direktoru səfir Günter Sautteri qəbul edib. Görüşdə ikitərəfli münasibətlərimiz, regional inkişaflar və Türkiyə – Aİ əlaqələri müzakirə edilib”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, oktyabrın 31-də Türkiyə XİN Ankaranın Avropaya inteqrasiyası prosesində irəliləyişin Aİ-ni siyasi iradəsindən və onun strateji yanaşmasından asılı olacağını bildirmişdi.
Bundan başqa, noyabrın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin V sammitində iştirak etmişdi.
Oxşar xəbərlər
Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin BMT-dəki daimi nümayəndəsi ABŞ-də səfir təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Ankara: Aİ-nin daxili siyasi dinamika ilə bağlı ədalətsiz qiymətləndirməsini rədd edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir Səudiyyənin XİN başçısının müavini ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












