aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq
sizinxeber.az xəbər saytı

Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq


Türkiyənin Avropaya inteqrasiya prosesində irəliləyiş Avropa İttifaqının (Aİ) siyasi iradəsindən və ona strateji yanaşmasından asılı olacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-yə üzv olmağa namizəd ölkələrin genişlənməsi və irəliləyişinə dair oktyabrın 30-da dərc etdiyi illik hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi şərhdə deyilir.

“Mövcud regional və qlobal çağırışlar fonunda aydındır ki, Türkiyə-Aİ münasibətlərinə yeni baxış lazımdır. Biz Aİ-nin Türkiyə ilə əməkdaşlıq məsələsində son vaxtlar göstərdiyi səyləri alqışlayırıq. Bununla belə, münasibətlərin canlandırılması siyasi iradə və Aİ-nin strateji baxışına əsaslanan konkret addımlar tələb edir”, - şərhdə vurğulanıb.

Qeyd olunub ki, Türkiyə Aİ ilə konstruktiv əməkdaşlığa ümid edir.

Xatırladaq ki, Ankara 2005-ci ildə Aİ-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmi müraciət edib. Danışıqlar prosesində maneələrdən biri də Kipr problemidir.

Oxşar xəbərlər

Rəsmi Ankara: Aİ-nin daxili siyasi dinamika ilə bağlı ədalətsiz qiymətləndirməsini rədd edirik
Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik
Rəsmi Ankara: Aİ-də Türkiyənin quruma üzvlüyü ilə bağlı siyasi iradə yoxdur
Səfir: Türkiyə və Suriyanın yaxınlaşmasında İran konstruktiv rol oynaya bilər
Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər