Rusiyanın energetika nazirinin müavinin cinayət əməllərində ermənilər də iştirak edib
Moskvanın Nikulin Məhkəməsi Rusiyanın Energetika Nazirliyi rəhbərinin müavini Sergey Moçalnikova qarşı cinayət işində daha iki nəfəri həbs edib. Bu da rentabelli olmayan mədənlərin fəaliyyətini dayandırılması zamanı vəsaitlərin mənimsənilməsi ilə əlaqədardır.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Məhkəmə istintaqın vəsatətini təmin edib və Aseldir Rəcəbova 24 dekabra qədər həbs qətimkan tədbiri seçdi", - məhkəmənin qərarda bildirilir. Eyni müddətə Natalya Koneva da həbs edilib.
Cinayət işi üzrə Energetika Nazirliyinin rəhbərinin müavini Sergey Moçalnikov, Energetika Nazirliyi rəhbərinin keçmiş müavini Anatoli Yanovski, Robert Şaqinyan, Federal Dövlət Büdcə Təşkilatının rəsmisi Andrey Moiseenkov, Sergey İqnatov, "Şaxtastroy" şirkətinin sahibi Oleq Fokin, "Eurostroy" şirkətinin direktoru və təsisçisi Jivan Barbaryan da var.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər perspektivsiz və zərərli kömür mədənlərinin fəaliyyətinin dayandırılması üçün ayrılmış büdcə vəsaitlərini sistematik şəkildə mənimsəyiblər. İlkin hesablamalara görə, onlar 76,6 milyon rublu məniməsyiblər.
Oxşar xəbərlər
Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Reketçiklikdə ittiham olunan jurnalistlərin istintaqı başa çatıb
Azərbaycan Orta Asiya ölkələri energetika nazirlərinin birinci iclasında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Bu gün Azərbaycanda “Son zəng”dir
