Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzərində işləyir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iş iki istiqamətdə aparılır: "Birinci istiqamət COP29 sədrliyi fəaliyyətinin gündəliyindəki enerji təşəbbüsləri ilə bağlıdır, ikincisi isə bilavasitə COP29 çərçivəsində və COP-dan əvvəl təşkil olunacaq enerji tədbirləri ilə əlaqədardır".
O. Zeynalov əlavə edib ki, ümumilikdə, COP29-un fəaliyyət gündəliyində Energetika Nazirliyi tərəfindən üç qlobal enerji təşəbbüsü - "yaşıl dəhliz"lər, enerji saxlanması və enerji şəbəkələri və qlobal hidrogen bəyannaməsi elan edilib: "Energetika Nazirliyi COP29 çərçivəsində ümumilikdə 15 tədbir keçirməyi planlaşdırır".
Oxşar xəbərlər
“Energy China” COP29 çərçivəsində paralel tədbir keçirəcək
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"
Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji sektorunda istifadəyə veriləcək gücü açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













