Hakan Fidan: Türkiyə kəşfiyyatı da Fətullah Gülənin ölümünü təsdiqləyir - YENİLƏNİB
Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.
Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.
“Report” xəbər verir ki, məlumatı “HaberGlobal” yayıb.
F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər.
Qeyd edək ki, Məhəmməd Fətullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-cı il iyulun 15-də hakimiyyət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.
Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.
Oxşar xəbərlər
Türkiyə KİV: FETÖ başçısı Fəthullah Gülən ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fəthullah Gülən öldü, yoxsa qaçırıldı? - Açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: FETÖ mövcud olduğu bütün ölkələr üçün təhdiddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fətullah Gülənin ölüm xəbəri yayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












