Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
Gürcüstan parlamenti 6 minə yaxın məhbusu əhatə edəcək “Amnistiya haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Onlardan mindən çoxu qanun qüvvəyə mindikdən sonra azadlığa buraxılacaq, qalanlarının cəzaçəkmə müddəti azaldılacaq.
Parlament çoxluğunun lideri Mamuka Mdinaradze jurnalistlərə bildirib ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə həyata keçirilən amnistiya humanitar aktdır və məhbusların sayının Avropa standartlarına uyğunlaşdırılmasına yönəlib.
Hakimiyyətin elan etdiyi amnistiyanı səs toplamaq üçün seçkiqabağı addım hesab edən müxalifət deputatları sənədin müzakirəsində iştirak etməyiblər.
Oxşar xəbərlər
Mamuka Mdinaradze: ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir
Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda qəbul edib
Baş nazir: Gürcüstan parlamenti birpartiyalı ola bilər
BƏƏ viza rejimini pozanlar üçün amnistiya elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













