Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb
Qazaxıstan Azərbaycan və Ermənistanın dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına aparan qarşılıqlı addımlarını alqışlayır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının dar tərkibdə Moskvada keçirilən sammitində deyib.
“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır. Biz həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri də məmnunluqla qeyd edirik”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son bir ildə birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində mühüm irəliləyişlər əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN başçısı: Bakı və İrəvan normallaşma prosesində mühüm irəliləyişlər əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev COP29-un keçirilməsində İlham Əliyevə uğurlar arzulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












