Kasım-Jomart Tokayev COP29-un keçirilməsində İlham Əliyevə uğurlar arzulayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsində uğurlar arzulayıb.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı deyib.
O, region ölkələri arasında ekologiya və iqlim dəyişikliyinin fəsadları ilə mübarizə sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.
“Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq vacibdir. Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”, - K.Tokayev bildirib.
Prezident Qazaxıstanın regional əməkdaşlığın hərtərəfli gücləndirilməsi ilə bağlı strateji kursa sadiqliyini təsdiqləyib.
O, bu gün qəbul edilən qərarların və onların sonradan səmərəli icrasının çoxəsrlik dostluq və qarşılıqlı dəstək ruhunda çoxşaxəli tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev İlham Əliyevə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












