Məsud Pezeşkian İran qadınlarını müdafiə edir
İranda əxlaq polis qadınları başörtüsü ilə bağlı narahat etməyəcək.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Bildirilib ki, BMT ötən həftə İranda qadınların hicabdan düzgün istifadə olunmaması səbəbindən cəzalandırılmalarına görə xəbərdarlıq edib.
M.Pezeşkian prezident olandan sonra keçirdiyi ilk mətbuat konfransında bir qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini söyləyib. O bunun ardınca polisin başörtüsü ilə bağlı hələ də küçələrdə olub-olmadığı ilə maraqlanıb. Ona cavab verən saçları azca görünən jurnalist küçələrdə polisin olduğunu deyib. Məsud Pezeşkian isə cavabında deyib: “Əxlaq polisi qadınların işinə qarışmamalıdır. Mən məsələyə nəzarət edəcəyəm ki, qadınları narahat etməsinlər”.
Qeyd edək ki, mətbuat konfransı 2022-ci ilin sentyabrında hakimiyyətin tətbiq etdiyi hicaba əməl etməməkdə günahkar bilinən Məhsa Əminin qətlə yetirilməsinin ikinci ildönümünə təsadüf edib.
M.Pezeşkian prezident seçkisi qabağı kampaniya zamanı hicab tələbinə nəzarət edən patrul xidmətinə qarşı çıxacağını vəd etmişdi. O həmçinin ölkədə uzun müddətdir mövcud olan bəzi internet nəzarətlərini yüngülləşdirəcəyini söyləmişdi.
Oxşar xəbərlər
İran Prezidenti ABŞ-a səfər edəcək
İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
Pezeşkian: İran nüvə silahı əldə etməyə çalışmır
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
