Gürcüstanda Azərbaycanın maliyyə dəstəyi ilə təhsil alan tələbələrlə görüş keçirilib
SOCAR-ın Gürcüstan nümayəndəliyində bu ölkənin müxtəlif universitetlərində Azərbaycanın maliyyə dəstəyi ilə təhsil alan və yüksək nəticələr əldə etmiş tələbələrlə görüş keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, görüşdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, tələbələr iştirak ediblər.
Mahir Məmmədov 2021-2022-ci, eləcə də cari tədris ilində yüksək nəticə əldə etmiş tələbələri təbrik edib.
Bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Gürcüstanda milli azlıqlar üçün tətbiq olunan “1+4” proqramı çərçivəsində təhsil alan gənc soydaşlarımızın təhsil haqlarının ödənilməsi də həmin qayğının əyani göstəricisidir.
M.Məmmədov təhsil sahəsində həyata keçirilən layihələr, gənclərin elmə marağının artırılması məqsədi ilə tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.
Sonra səfir Faiq Quliyev ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf perspektivlərindən danışıb. O, Azərbaycan dövlətinin soydaşlarımızla bağlı həyata keçirdiyi sosial-iqtisadi layihələrdən bəhs edib: "Son illər ərzində Gürcüstanda sosial layihələrə 70 milyon dollardan çox vəsait xərclənib. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində məktəb, uşaq bağçaları və idman komplekslərinin tikintisində Heydər Əliyev Fondu mühüm rol oynayır. SOCAR da bu layihələrdə böyük paya malikdir".
Görüşdə tələbələrin təhsilə marağının artırılması məqsədilə hazırlanan yeni layihələr barədə də məlumat verilib.


width="220" alt="BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır" />
width="220" alt="Mikayıl Cabbarovun qoluna nə olub?" />
width="220" alt="Prezident: “İstedadlı gənclərimizin xarici ölkələrdə təhsilinə dövlətimiz lazımi dəstəyi təmin edir”" />
width="220" alt="BŞTİ-də yeni kadr TƏYİNATI" />
width="220" alt="Milli Müdafiə Universitetinin kursantlarına birdəfəlik və aylıq ödəmələr təyin edilib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />