BŞTİ-də yeni kadr TƏYİNATI
sizinxeber.az xəbər saytı

BŞTİ-də yeni kadr TƏYİNATI


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Modern.az xəbər verir ki, elm və təhsil nazirinin əmrinə əsasən, Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib.
Bu təyinata qədər A.Bayramova 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, A.Bayramova 2017-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2021-ci ildə İnsan Resurslarının İdarəedilməsi üzrə beynəlxalq sertifikasiyadan keçib (SHRM-CP), 2022-ci ildə “Executive MBA” proqramı üzrə Böyük Britaniyanın York Universitetinə daxil olub.

Oxşar xəbərlər

Yeni səfir təyin olunan Arif Məmmədov - DOSYE
Bakıda qızılcaya görə məktəblər bağlanır? - Rəsmi
Prezidentin rektor təyin etdiyi şəxs kimdir? - Dosye
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi açıqlanıb
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər