Milli Müdafiə Universitetinin kursantlarına birdəfəlik və aylıq ödəmələr təyin edilib
2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilib.
"Sizinxəbər.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı imzaladığı Fərmanda qeyd olunub.
Həmçinin, 2024–2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir:
- ali təhsil müəssisəsi üzrə:
- 150 (yüz əlli) manat məbləğində təqaüd;
- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;
- 200 (iki yüz) manat məbləğində hesabda yığılan ödəniş;
- hərbi kolleclər üzrə:
- 100 (yüz) manat məbləğində təqaüd;
-. 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;
- 150 (yüz əlli) manat məbləğində hesabda yığılan ödəniş;
- hərbi liseylər üzrə:
- 50 (əlli) manat məbləğində təqaüd;
- 100 (yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;
- 100 (yüz) manat məbləğində hesabda yığılan ödəniş.
Oxşar xəbərlər
Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollec yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası və məbləği təsdiqlənib - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhsil xərcləri artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












