Lavrov: Makronun Durovun həbsi ilə bağlı fikirləri şübhə doğurur
Fransa prezidenti Emmanuel Makronun “Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun həbsinin siyasi motivlərlə diktə olunmadığına dair fikirləri şübhə doğurur.
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK”ya müsahibəsində deyib.
“Onlar hamını inandırmağa çalışırlar ki, burada heç bir siyasət yoxdur. Makron da açıq şəkildə bunu təsdiqləyib. Buna inanmaq çox çətindir və Qərbin az-çox populyar və əhəmiyyətli informasiya resurslarını ələ keçirməsi xətti artıq uzun müddətdir ki, davam etdirilir”, - o qeyd edib.
S.Lavrovun sözlərinə görə, Fransa ATƏT-in digər ölkələri kimi 1990-cı ildə keçirilmiş sammitin yekunları üzrə qəbul edilmiş və ümumbəşəri dəyərləri dəstəkləyən Yeni Avropa üçün Paris Xartiyasına qoşulsa da, bütün bunların üstündən artıq çoxdan xətt çəkib. Lakin Rusiya tərəfi P.Durovun Parisdə saxlanması ilə bağlı maksimum dərəcədə ətraflı məlumat əldə etmək üçün Fransa Xarici İşlər Nazirliyi ilə işləməyə davam edir. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin konsulluğun bu məsələ ilə bağlı yardım təklifinə Fransa tərəfi hələ heç bir reaksiya verməyib.
“Onlar buna əsaslanırlar ki, P.Durov Fransa vətəndaşlığına malikdir və bu ölkənin ərazisində saxlandığı üçün Fransa qanunvericiliyi tətbiq edilir. Bu halda isə onun malik olduğu Fransa vətəndaşlığı üstünlük təşkil edir”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Lavrov: Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə saxlayıb
Edvard Snouden Durovun saxlanılmasını Fransa üçün rüsvayçılıq adlandırıb
Zaxarova: Makronun Pavel Durovla bağlı fikirləri Parisin söz azadlığını məhv etdiyini göstərir
Fransa məhkəməsi Pavel Durovun həbs müddətini uzadıb
"Rumble" Fransada söz azadlığının olmaması səbəbindən fəaliyyətini dayandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












