Edvard Snouden Durovun saxlanılmasını Fransa üçün rüsvayçılıq adlandırıb
sizinxeber.az xəbər saytı

Edvard Snouden Durovun saxlanılmasını Fransa üçün rüsvayçılıq adlandırıb


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden “Telegram”ın təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün rüsvayçılıq adlandırıb.

“Report”un məlumatına görə, bu barədə E.Snouden “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Durovun həbsi əsas insan hüquqlarına söz və birləşmək azadlığına hücumdur. Fransa prezidenti Emmanuel Makronun şəxsi mesajlara çıxış yolu kimi girov götürmə səviyyəsinə enməsi məni təəccübləndirir və dərindən kədərləndirir. Bu, təkcə Fransa üçün deyil, bütün dünya üçün rüsvayçılıqıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Telegram”ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir.

Oxşar xəbərlər

Fransa siyasətçisi Pavel Durovun saxlanmasına görə ölkəni zülmkarlıqda ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlon Mask Pavel Durovu azadlığa buraxmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Telegram"ın təsisçisi Fransada saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFP: Fransa Durovun ölkədə görünməsindən təəccüblənir, axtarışdan xəbəri var idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər