Türkiyə beş ildən sonra Aİ XİN başçılarının iclasına dəvət olunub
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə beş ildən sonra ilk dəfə Aİ XİN başçılarının iclasına dəvət edilib. H.Fidanın dəvət qəbul etdiyi və toplantıya gedəcəyi bildirilir. Bu addımın Aİ-nin Ankara ilə dialoqu bərpa etmək cəhdi olduğu bildirilir. H.Fidan iclas çərçivəsində ölkəsinin prioritetlərini ortaya qoyacaq.
Xatırladaq ki, iclas Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin sədrliyi ilə avqustun 29-da Brüsseldə keçiriləcək.
Aİ XİN rəhbərləri gərginliyin artması fonunda Yaxın Şərqdəki vəziyyət və Qəzzada atəşkəsə nail olmaq üçün davam edən danışıqlara da toxunacaqlar. BMT-nin Qəzza üzrə humanitar və yenidənqurma ilə bağlı baş koordinatoru Siqrid Kaaq nazirlərə məlumat vermək üçün müzakirələrə qoşulacaq.
Venesueladakı prezident seçkilərindən sonra yaranmış siyasi böhran da iclasın gündəliyinə daxil edilib.
Oxşar xəbərlər
Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi iclasının gündəliyi açıqlanıb
Hakan Fidan türkmənistanlı həmkarı ilə regional məsələləri müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
