sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb
Panama bayrağı altında üzən “Sredina” adlı neft tankerində yaranan nasazlıqla əlaqədar gəmilərin Bosfor boğazından keçidi müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.
“Report” xbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, uzunluğu 171 metr olan tanker Rumıniyadan Liviyaya gedərkən Bosfor boğazının şimal girişində mühərrikində yaranan problemə görə dayanıb. Artıq yedək gəmilər dərhal tankerin yanına göndərilib.
Bu arada, “Marinetraffic” gəmi monitorinq xidməti bildirib ki, tanker Rusiyanın Novorossiysk limanından Benqaziyə gedirmiş.
Oxşar xəbərlər
Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb
Rusiya və Ukraynadan gələn gəmilər toqquşdu
Filippin bayrağı altında mazut daşıyan tanker batıb
İran sahillərində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tanker saxlanılıb
“Zəngəzur” tankeri əsaslı təmir olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













