Erməni naziri döyməkdə təqsirləndirilən şəxs Avropa Məhkəməsinə müraciət edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi üzrə həbs edilən Ara Badoyan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.
"Report" xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
A.Badoyan hesab edir ki, o, qanunsuz olaraq azadlıqdan məhrum edilib və bu işə baxılmasını xahiş edib. AİHM sözügedən işlə maraqlanıb və Ermənistan tərəfindən iş üzrə sənəd və əlavə məlumatların təqdim edilməsini istəyib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-na keçən gecə İrəvanda parlament və hökumət binaları qarşısında kütləvi iğtişaşlar başlayıb. Parlamentin binasına soxulan iğtişaşçılar küçədə A.Mirzoyanın avtomobilini görəndə onu maşından çıxararaq döyüblər. Nəticədə nazir çoxsaylı sınıq və digər xəsarətlərlə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İstintaq məlumatına görə, A.Badoyan nazirə qarşı zor tətbiq edən iğtişaşçılara qoşulub və yerdə uzanmış A.Mirzoyana yaxınlaşaraq onu təpikləyib.
A.Badoyan təqsirini etiraf etmir və hesab edir ki, istintaq sırf fərziyyələrə əsaslanıb.
Oxşar xəbərlər
Banqladeşin Baş naziri istefa verib
Banqladeşin istefa verən Baş naziri Böyük Britaniyadan sığınacaq istəyib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
