Konqoda Ebolaya yoluxan və xəstəlikdən ölənlərin sayı çoxalıb
sizinxeber.az xəbər saytı

Konqoda Ebolaya yoluxan və xəstəlikdən ölənlərin sayı çoxalıb


Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 48 nəfər artaraq 1203-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Konqo Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat verib.

Eboladan ölənlərin sayı dünənkindən 17 nəfər çox olmaqla 321 nəfərə çatıb. Ölüm nisbəti isə 26,6%-dir. Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətindədir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları var.

Oxşar xəbərlər

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 300-ü keçib
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 290 nəfəri keçib
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
Konqoda Ebola virusuna yoluxanların sayı 950-ni keçib
Konqoda Ebola virusundan ölənlərin sayı kəskin şəkildə artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər