Marneulidə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Marneulidə Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə "Dostluğun memarı – Heydər Əliyev" adlı fotosərgi və anım tədbiri keçirilib.
Marneulidə yerləşən Azərbaycan Evində təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, merin birinci müavini Giorgi Qodabrelidze, Marneuli Bələdiyyəsinin sədri Amiran Giorqadze, icma və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev çıxışında Heydər Əliyevin Azərbaycan–Gürcüstan münasibətlərinin inkişafında və iki xalq arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində oynadığı mühüm roldan danışıb.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı isə Ümummilli Liderin siyasi fəaliyyətindən, dünya azərbaycanlılarının birliyi istiqamətində gördüyü işlərdən bəhs edib.
Tədbirdə sabiq deputatlar İsak Novruzov və Ramiz Bəkirov da çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Sonda iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Oxşar xəbərlər
Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
