Gürcüstanın Marneuli-Bolnisi yolunda vəziyyət sabitləşib
Gürcüstanın Bolnisi rayonunun Naxiduri kəndində baş verən ağır yol qəzasından sonra yaranan gərginlik artıq aradan qaldırılıb.
Bu barədə “Sizinxeber.az”un yerli bürosu xəbər verir.
Yerli sakinlərin etirazı və hadisə yerində baş verən insidentlərdən sonra hüquq-mühafizə orqanlarının səfərbərliyi nəticəsində vəziyyəti normallaşdırmaq mümkün olub.
Qeyd edək ki, sürücü 2003-cü il təvəllüdlü T.Ç-nin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iki azərbaycanlı yeniyetmə – Elçin Binnətov və Sinan Şərifov ölüb. Hadisədən sonra yaranan əsas narazılıq, təcili tibbi yardım briqadasının davranışı ilə bağlı idi.
Hazırda vəziyyət tam nəzarət altındadır.
İstintaq davam edir, hüquq-mühafizə orqanları baş verən hadisənin bütün detalları və səbəblərini araşdırır. Yerli sakinlər hadisə ilə bağlı ədalətin təmin olunacağına ümid edirlər.
Oxşar xəbərlər
Gürcüstanda bir qrup azərbaycanlı iki yeniyetmənin ölümü ilə bağlı aksiya keçirib
Gürcüstanın Bolnisi rayonunda sakinlərlə polis arasında qarşıdurma yaranıb - FOTO
Salyanda hərbçilər dəm qazından öldü
Gürcüstanda bir qrup sakin iki azərbaycanlının ölümü ilə bağlı aksiya keçirib
Xızıda yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













