ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
sizinxeber.az xəbər saytı

ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yanvarın 10-da Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə zərbələrin endirildiyini təsdiqləyib.

"Report"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Bu gün, təxminən saat 12:30-da (Bakı vaxtı ilə yanvarın 10-da saat 21:30-da), CENTCOM qüvvələri tərəfdaş qüvvələrlə birlikdə Suriyada İŞİD-lə əlaqəli bir çox hədəfə genişmiqyaslı zərbələr endirib. Bu zərbələr, 13 dekabr 2025-ci ildə Palmirada Birləşmiş Ştatların qüvvələrinə qarşı İŞİD hücumuna cavab olaraq ABŞ Prezidenti Donald Trampın göstərişi ilə 19 dekabr 2025-ci ildə başlamış "Hawkeye Strike" əməliyyatının bir hissəsidir", - paylaşımda qeyd olunur.

Daha əvvəl bildirilib ki, ABŞ Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə hava zərbələri endirib. Bu barədə "Fox News" məlumat yayıb. "19 dekabr 2025-ci ildən bəri ikinci dəfədir ki, ABŞ Silahlı Qüvvələri iki Milli Qvardiya əsgərinin və bir tərcüməçinin öldürülməsinə qisas olaraq Suriyada İŞİD-ə qarşı hava hücumları həyata keçirir", - aparıcı efirdə bildirib.

Oxşar xəbərlər

ABŞ Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə zərbələr endirib
ABŞ Suriyada İŞİD liderini zərərsizləşdirib
ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birinin saxlanıldığını açıqlayıblar
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
Suriyada İŞİD lideri və iki oğlu öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər