İƏT Baş Katibliyi İsrailin İrana hücumlarına dair bəyanat yayıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İsrailin İrana hücumlarına dair bəyanat yayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə bəyanat qurumun saytında dərc olunub.
"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İsrailin İran İslam Respublikasına qarşı kobud hücumlarını, ölkənin suverenliyini və təhlükəsizliyini, beynəlxalq hüquq və normaları kobud şəkildə pozaraq kəskin şəkildə pisləyib. Baş Katiblik beynəlxalq ictimaiyyəti və Təhlükəsizlik Şurasını bütün regionda təhlükəsizliyə, sülhə və sabitliyə xələl gətirmək təhlükəsi yaradan bu təcavüzlə bağlı öz məsuliyyətlərini üzərinə götürməyə və onun qarşısını almaq üçün çevik və qətiyyətlə hərəkət etməyə çağırıb", - bəyanatda bildirilib.
Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib. İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar. Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.
Oxşar xəbərlər
Türkiyə rəsmiləri İsrailin İrana hücumunu müzakirə edirlər
İran XİN: ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır
Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı addımlarını pisləyib
Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib
KİV: İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












