İran Hörmüzlə bağlı addımları qonşu ölkələrlə əlaqələndirmək niyyətindədir
sizinxeber.az xəbər saytı

İran Hörmüzlə bağlı addımları qonşu ölkələrlə əlaqələndirmək niyyətindədir


Tehran Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı gələcək hərəkətlərini qonşu və sahil dövlətləri ilə əlaqələndirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu "Al Jazeera" televiziya kanalı İran Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən bildirib.

Onun sözlərinə görə, İran tərəfi Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı məsələlər üzrə regional dövlətlərlə əlaqələndirilmiş məsləhətləşmələr aparmaq niyyətindədir.

Rəsmi şəxs həmçinin qeyd edib ki, Tehran İrana qarşı yeni hücumların qarşısının alınmasına yönəlmiş konkret tədbirlər üzrə Omanla əməkdaşlıq etməyi gözləyir.

O, İran hakimiyyətinin hazırda ABŞ ilə müharibəni bitirməyə diqqət yetirdiyini vurğulayıb.

XİN sözçüsünün sözlərinə görə, İran artıq Amerika tərəfinə Livan da daxil olmaqla müxtəlif ərazilərdə hərbi əməliyyatları dayandırmağı və Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə etməyi təklif edib.

Oxşar xəbərlər

İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır
Pezeşkian Hörmüz boğazının hansı ölkələr üçün bağlandığını açıqlayıb
KİV: İran ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdiyini bəyan edib
Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər