KİV: İran ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdiyini bəyan edib
sizinxeber.az xəbər saytı

KİV: İran ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdiyini bəyan edib


İran hərbçiləri Hörmüz boğazı üzərində nəzarəti saxlayırlar, bu səbəbdən onun minalanmasına ehtiyac yoxdur.

"Report" xəbər verir ki, bu barədə CNN İran Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

"İran Fars körfəzi regionu, Omanın ərazi suları və Hörmüz boğazı üzərində tam və güclü nəzarətə malikdir", - mənbə bildirib.

Onun sözlərinə görə, kifayət qədər üstünlük və güc sayəsində Fars körfəzində minaların quraşdırılmasına ehtiyac yoxdur.

"Biz lazım gəldikcə təhlükəsizliyi təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcəyik", - o əlavə edib.

Həmçinin rəsmi regiondan kənar ölkələrə dövlətin işlərinə qarışmamaları barədə xəbərdarlıq edib.

Daha əvvəl İranın Müdafiə Şurasından bildirilmişdi ki, ABŞ və ya İsrail hərbçilərinin İslam Respublikasının sahillərinə və ya adalarına hücumu halında Tehran Fars körfəzinin minalanmasına başlayacaq.

Oxşar xəbərlər

ABŞ rəsmisi İranın Hörmüz boğazı üzərində nəzarətini qəbuledilməz adlandırıb
İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
Əli Musəvi: Hörmüz boğazında gəmilərin hərəkəti İranla koordinasiya olunmalıdır
İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər