Ukrayna və Yunanıstan prezidentləri ASİ-nin sammitində iştirak üçün İrəvana gediblər
sizinxeber.az xəbər saytı

Ukrayna və Yunanıstan prezidentləri ASİ-nin sammitində iştirak üçün İrəvana gediblər


Ukrayna Prezidenti Volodimir Zelenski 8-ci Avropa Siyasi İcmasının (ASİ) sammitində iştirak etmək üçün İrəvana gedib.

"Report"un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, onu "Zvartnots" hava limanında Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb.

Qeyd edilir ki, Yunanıstan Prezidenti Konstantinos Tasulas da sammitdə iştirak etmək üçün İrəvana gedib. Onu "Zvartnots" hava limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.

Kanada, Bolqarıstan, Litva, Lüksemburq liderləri və ATƏT-in baş katibi də artıq Ermənistan paytaxtındadırlar.

ASİ-nin 8-ci sammiti mayın 4-də İrəvanda keçiriləcək. İcmanın ilk görüşü 6 oktyabr 2022-ci ildə Çexiyanın Praqa şəhərində baş tutub. Daha sonra sammitlər Moldovanın paytaxtında, İspaniyanın Qranada şəhərində, Böyük Britaniyanın Oksfordşir şəhərində, Macarıstan, Albaniya, Danimarkanın paytaxtlarında keçirilib.

ASİ təxminən 50 Avropa ölkəsinin liderlərini bir araya gətirir. Bu, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək üçün ortaq maraq doğuran məsələlər üzrə siyasi dialoq və əməkdaşlığı təşviq etmək üçün bir platforma təmin edir.

Oxşar xəbərlər

Kanadanın Baş naziri Avropa sammitində iştirak etmək üçün İrəvana gedib
Zelenski İrəvana səfər edib
Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Polşa Prezidenti İrəvana gedib
Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər