Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb
Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyası adından fəaliyyət göstərən daha beş nəfər həbs edilib.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində "Güclü Ermənistan" Partiyası adından çıxış edən bir qrup şəxsin 7 iyun 2026-cı ildə Ermənistanın Milli Assambleyasına keçiriləcək seçkilərdə həmin siyasi qüvvəyə səs vermək şərti ilə vətəndaşlara rüşvət, o cümlədən gizli formada pul təklif etməsi barədə məlumat əldə edilib.
Komitədən həmçinin bildirilib ki, iş iştirakçılarının ayrı-ayrı hərəkətləri seçki kampaniyası dövründə xeyriyyəçiliyə qoyulan qadağanın pozulması, eləcə də vətəndaşların mitinqlərdə iştirak etməsi üçün maliyyə yolları ilə həvəsləndirilməsi ilə bağlı olub.
Bildirilib ki, cinayət icraatı çərçivəsində bir sıra axtarışlar aparılıb, bundan sonra isə beş nəfər həbs edilib.
Xatırladaq ki, aprelin 16-da Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan"ın 14 üzvü saxlanılıb. Daha sonra "Güclü Ermənistan" Partiyasının 12 tərəfdarı ev dustaqlığına məhkum edilib.
Oxşar xəbərlər
Ermənistanda seçkiöncəsi kütləvi həbslər başlayıb
Ermənistanda seçkiqabağı rüşvət işi ilə bağlı 14 nəfər saxlanılıb
Ermənistanda Karapetyanın tərəfdarlarının quldurluğu faktı üzrə cinayət işi başlayıb
Ermənistanda Karapetyanın tərəfdarlarının xuliqanlığı faktı üzrə cinayət işi başlayıb
Samvel Karapetyanın ev dustaqlığı 3 ay uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
