Abbas Əraqçi Moskvada Putinlə görüşəcək
sizinxeber.az xəbər saytı

Abbas Əraqçi Moskvada Putinlə görüşəcək


İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Vladimir Putinlə görüşəcək.

"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

"Səfər bazar ertəsi baş tutacaq, Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək", - o deyib.

Qeyd olunub ki, A. Əraqçi Moskvaya səfəri zamanı danışıqların son vəziyyəti, atəşkəs və cari hadisələrlə bağlı Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq, eləcə də ABŞ ilə aparılan danışıqlar barədə məlumat verəcək.

Qeyd edək ki, Pakistandan Omana səfər edən İranın XİN rəhbəri İslamabada qayıdıb.

Oxşar xəbərlər

İranın XİN rəhbəri Putinlə Moskvada görüşməyi planlaşdırır
İranın xarici işlər naziri Putinlə görüşmək üçün Moskvaya getməyi planlaşdırır
İranın xarici işlər naziri Moskvada səfərdədir
İranın xarici işlər naziri sabah Putinlə və rusiyalı həmkarı ilə görüşəcək
Abbas Əraqçi Omana gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər