Roberto Martines: "Kolumbiya ilə görüş Portuqaliya üçün böyük təcrübə oldu"
Roberto Martines: "Kolumbiya ilə görüş Portuqaliya üçün böyük təcrübə oldu"
Kolumbiya ilə görüş Portuqaliya üçün böyük təcrübə olub.
"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Roberto Martines Kolumbiyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşma barədə danışıb:
"Çətin oyun idi və biz bunu gözləyirdik. Hava şəraiti də əlverişsiz idi, həmçinin birə-bir mübarizələrə girən Cənubi Amerika komandasına qarşı oynayırdıq.
Hücumda çox pressinq etdik. Çalışırdıq ki, topa nəzarət edək. Vitinya kimi oyunçuların istedadından bəhrələnmək lazım idi.
Bununla belə, bu qarşılaşma bizim üçün çox böyük təcrübə oldu. Güclü xarakter göstərdik və qapımızı toxunulmaz saxlamaq üçün mübarizə apardıq. Qapıçımız Diequ Koştanın bu səviyyədə çıxışını görmək çox sevindiricidir".
Qeyd edək ki, Kolumiya - Portuqaliya matçında hesab açılmayıb - 0:0.
