sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İranın xarici işlər naziri Moskvada səfərdədir
İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Bu barədə “Report” “IRNA” agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, Abbas Əraqçi ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı Rusiya lideri və yüksək rütbəli rəsmilərlə regional və beynəlxalq məsələlərdə məsləhətləşmək niyyətindədir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İranın xarici işlər nazirinin Moskvaya gəldiyini təsdiqləsə də, kimlərlə görüşəcəyi barədə məlumat verməyib.
“Biz İranın xarici işlər nazirinin danışıqlar aparmaq üçün Moskvaya gəlməsini təsdiq edirik”, - diplomat bildirib.
Oxşar xəbərlər
İranın xarici işlər naziri Moskvaya səfər edib
İranın XİN rəhbəri Putinlə Moskvada görüşməyi planlaşdırır
İranın xarici işlər naziri Putinlə görüşmək üçün Moskvaya getməyi planlaşdırır
İran XİN başçısı sabah Moskvaya rəsmi səfər edəcək
İranın xarici işlər naziri Moskvada Putinlə görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













