İranın nümayəndə heyətinə 80-dən çox şəxs daxildir
Pakistanın paytaxtı İslamabadda ABŞ ilə danışıqlar aparacaq İranın nümayəndə heyətinə 80-dən çox şəxs daxildir.
"Report" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
"Bu nümayəndə heyətinə parlamentin sədri Məhəmmədbaqer Qalibaf rəhbərlik edir", - məlumatda bildirilib və əlavə edilib ki, xarici işlər naziri Abbas Əraqçi, İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian da danışıqlara qatılacaqlar.
Danışıqlarda İranın əsas qurumlarının mqavinləri də iştirak edəcək:
"Əsas müzakirəçilərlə yanaşı, danışıqların yüksək həssaslığına görə lazımi məsləhətləşmələr aparmaq üçün nümayəndə heyətində iqtisadi, təhlükəsizlik və siyasi sahələr üzrə texniki, ixtisaslaşmış komitələrin 26 üzvü də iştirak edir. Müxtəlif kütləvi informasiya vasitələrindən 23 media nümayəndəsi də danışıqlar aparan nümayəndə heyətini müşayiət edib".
Qeyd olunub ki, nümayəndə heyətinin digər hissəsinə isə protokol və əlaqələndirici qruplar, tərcüməçilər və mühafizəçilər daxildir.
Qalibaf bu qrupdan əlavə, özünü müşayiət edən nümayəndə heyəti kimi Minabda ölən şagirdləri də qeyd edib.
Xatırladaq ki, Minabdakı qızlar məktəbi fevralın 28-də ABŞ və İsrailin hava zərbələrinə məruz qalıb. Məktəbə endirilən zərbə nəticəsində martın 1-də həlak olanların sayının 165 nəfəri keçdiyi bildirilib. Martın 29-na olan məlumata görə, ABŞ və İsrailin birgə əməliyyata başladığı gündən etibarən İranda ümumilikdə 281 şagird və müəllim həlak olub.
Arrival of the delegation of the Islamic Republic of Iran for Islamabad Talks pic.twitter.com/aJYU9cx5t2
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) April 10, 2026
Oxşar xəbərlər
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb
Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları omanlı həmkarına təqdim edib - YENİLƏNİB
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1
KİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
