SEPAH İsrail HHQ-nin komandanlıq mərkəzlərinə "Səccil" raketləri ilə zərbə endirib
sizinxeber.az xəbər saytı

SEPAH İsrail HHQ-nin komandanlıq mərkəzlərinə "Səccil" raketləri ilə zərbə endirib


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd - 4" əməliyyatının 54-cü dalğası çərçivəsində İsrail istiqamətinə "Səccil" ortamənzilli raketlərini atıb.

"Report"un məlumatına görə, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində məlumat verib.

"Bu gün ağır, sürətli və iki mərhələli "Səccil" raketləri İsrailin hava əməliyyatları komandanlıq mərkəzləri istiqamətində buraxılıb", - o yazıb.

Bundan əvvəl "The Times of Israel" qəzeti günün başlanğıcından bəri İran tərəfindən yeddinci raket atəşi barədə məlumat vermişdi. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, son hücum nəticəsində Bney-Brak və Ramat-Qan şəhərlərində daha iki nəfər yaralanıb.

Qeyd edək ki, "Səccil" bərk yanacaqla işləyən raketdir və müxtəlif modifikasiyalarda 2,5 min km-ə qədər məsafədəki hədəfləri vura bilir.

Oxşar xəbərlər

İran "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğasını həyata keçirib
SEPAH "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasını həyata keçirib
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu
SEPAH briqada generalı Xosrov Həsəninin öldürüldüyünü açıqlayıb
Məcid Musəvi SEPAH-ın Aerokosmik Qüvvələrinə rəhbər təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər