Rusiya Suma zərbə endirdi: ölənlər və yaralananlar var
Rusiya Suma zərbə endirdi: ölənlər və yaralananlar var
Rusiya ordusunun Ukraynanın Sum şəhərinə endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri şəhərə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbə endiriblər.
Sum Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, iki bomba mülki şəxslərin sıx olduğu əraziyə düşüb:
“Zərbələrdən biri avtomobillərin və ictimai nəqliyyatın hərəkət etdiyi yolun, eləcə də avtobus dayanacağının yaxınlığına endirilib. Daha bir zərbə infrastruktur obyektinə endirilib. Hücum nəticəsində ölənlər arasında bir uşaq da var. Yaralanan 17 nəfərdən 3-nün vəziyyəti ağırdır”.
