İran "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğasını həyata keçirib
sizinxeber.az xəbər saytı

İran "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğasını həyata keçirib


İran ordusu İsrailin regional komandanlıq və nəzarət mərkəzlərinə qarşı hücumun 53-cü dalğasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğası çərçivəsində ABŞ-nin hərbi bazası da hədəf alınıb. "Hücumlarda 10 ədəd "Fəttah" və "Qədr" hipersəs raketləri, həmçinin pilotsuz uçuş aparatlarından istifadə olunub",- məlumatda qeyd olunub.

SEPAH açıqlayıb ki, ABŞ və İsrail təslim olana qədər hücumlar davam etdiriləcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirib. Bundan sonra SEPAH ABŞ-nin regiondakı hərbi bazaları və İsrail ərazisini hədəf alıb.

Oxşar xəbərlər

SEPAH "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasını həyata keçirib
KİV: İran İsrail hərbi bazasına zərbələr endirib, 20 ədəd təyyarə vurulub
İran KİV: İsrail hərbi bazasına zərbələr endirilib, 20 ədəd təyyarə vurulub
"Sepah": ABŞ-nin İrana qarşı hərəkətləri güc balansını İsrailin xeyrinə dəyişdirə bilmədi
SAXAL SEPAH-ın briqada komandiri Cudakini məhv etdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər