ABŞ-nin İrana yeni zərbələri: "Şillə" əməliyyatı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2026
13:25
ff

ABŞ-nin İrana yeni zərbələri: "Şillə" əməliyyatı

11 iy, 2026
13:25
559

ABŞ-nin İrana yeni zərbələri: "Şillə" əməliyyatı

Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi yeni hərbi zərbələr ABŞ administrasiyasının bəzi nümayəndələri tərəfindən qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılır.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" (NY Post) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatına əsasən, bu adlandırma administrasiyadakı bəzi şəxslərin hərbi əməliyyatların "ağrılı, ancaq tez" yekunlaşacağına olan ümidlərini ifadə edir. Ağ Evdəki mənbə nəşrə verdiyi açıqlamada bildirib ki, ABŞ prezidenti Donald Tramp hər şeyin tezliklə bitməsini arzulayır. Lakin İran tərəfi gəmiləri hədəfə alarsa, o, buna səssiz qalmayacaq.

Nəşr qeyd edir ki, bəzi yüksəkrütbəli rəsmilər "Şillə" ifadəsini həm şifahi danışıqlarda, həm də elektron poçt vasitəsilə yazışmalarda işlədirlər. Bununla yanaşı, bəzi mənbələr bu cür addan məlumatsız olduqlarını bildiriblər. Əməliyyatın rəsmi adının isə "Epik qəzəb" olduğu açıqlanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul