Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyənlərin sayı artıb
Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyənlərin sayı artıb
Son illər ərzində liderlərin Ukraynanın NATO-da olub-olmayacağını müzakirə etdiyi müddətdə ölkənin Alyansa üzvlüyünü açıq şəkildə dəstəkləyən səslərin sayı artıb.
UNİAN xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bunun iki səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, birinci səbəb Ukraynanın müdafiə-sənaye kompleksinin yüksək səviyyəsi, ikinci səbəb isə döyüş qabiliyyətli ordunun mövcudluğudur.
“Hər kəs vurğulayır ki, Ukraynanın müdafiə-sənaye kompleksi NATO səviyyəsindədir və artıq ən yaxşılardan biridir. Ordumuza, ölkəmizə və texnologiya şirkətlərimizə hamı hörmət edir və Ukrayna hesabına öz mövqelərini gücləndirmək istəyir”, - deyə o bildirib.
