Vüqar Bayramov: "Vergi yoxlamalarının sayı 6 dəfə azalıb"
sizinxeber.az xəbər saytı

Vüqar Bayramov: "Vergi yoxlamalarının sayı 6 dəfə azalıb"


Azərbaycanda vergi yoxlamalarının sayı 6 dəfə azalıb.

"Sizinxeber.az"un məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda aktiv fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 800 mindən çoxdur: "İllik əsasda isə vergi yoxlamalarının sayı 29 % azalıb. Yəni praktiki olaraq, kameral vergi yoxlamalarında biz hər il əvvəlki illə müqayisədə sayın azaldığını və sahibkarlığın dəstəkləndiyini müşahidə edirik. Gömrük yoxlamalarında illik azalma isə 22 % təşkil edir".

Deputat qeyd edib ki, sahibkarların dəstəklənməsi ilə yanaşı, qida təhlükəsizliyinin və digər tələblərin təmin olunması da çox vacibdir: "Bu gün qəbul etdiyimiz "Balıqçılıq haqqında" qanun layihəsi də balıqçılıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini və bu sektorun inkişafını nəzərdə tutur. Amma sahibkarın dəstəklənməsi, yersiz müdaxilələrin minimuma endirilməsi və yoxlamaların sayının azaldılması ilə yanaşı, digər mühüm məsələ istehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasıdır. Praktiki olaraq, biz paralel şəkildə həm sahibkarların dəstəklənməsini, həm də istehlakçıların hüquqlarının qorunmasını təmin etməliyik. Çünki sahibkarlıq subyektlərində yoxlamaların sayının azalması istehlakçı hüquqlarının pozulmasına və ya keyfiyyətsiz məhsulların istehlak bazarına çıxarılmasına səbəb olmamalıdır".

Oxşar xəbərlər

Azərbaycanda kameral vergi yoxlamalarının sayı 29 % azalıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 1 %-dən çox artıb
Azərbaycanda vergi ödəyiciləri üçün uçot sistemi təkmilləşdiriləcək
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı cüzi artıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 3 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər