İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır
İran hökumətinin sərt xətt cinahına bağlı Qumda yerləşən dini-siyasi və ideoloji mərkəzlər Azərbaycan Respublikasının vətəndaşlarından ibarət “qaçqın dəstəsi” hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasında İran lehinə siyasi-ideoloji təbliğat aparan və təxribatçı qruplara bağlı olan şəxslərdən ibarət dəstə Qum və Tehranda yerləşdirilir.
Onların Kəşfiyyat Nazirliyi və SEPAH tərəfindən təşkilatlandırıldıqları, Azərbaycan Respublikasına qarşı siyasi-ideoloji təbliğat ünsürləri kimi istifadəyə hazırlandıqları bildirilir.
Qeyd olunur ki, mənzil və aylıq məvaciblə təmin olunan qrup üzvləri əsasən Azərbaycan Respublikasında ifşa olunan və təxribatçı fəaliyyətlərinə görə barələrində cinayət işi açılan şəxslərdən ibarətdir. Bu qəbildən olan son “qaçqın”lardan biri Göyçay rayonunun Qaraməryəm kəndindən olan Samirə Cəfərovadır. Ailəsi ilə birlikdə İrana aparılan Cəfərovanın Qumda yerləşdirildiyi və Azərbaycan Respublikasına qarşı fəaliyyəti üçün yeni imkanlar yaradıldığı vurğulanır.
O və onunla eyni dəstədə olan “qaçqın”lar Azərbaycan Respublikasında dini azadlıqların olmaması, xüsusən şiə məzhəbinə qarşı qadağaların tətbiqi edildiyi barədə yeni təbliğat kampaniyasına başlayıblar.
Qeyd edək ki, S.Cəfərova bundan əvvəl Azərbaycan Respublikasında yaşadığı zaman azyaşlıları toplayaraq qanunsuz dini ayinlər və təbliğat apardığına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məhkəmə qarşısına çıxarılıb və cərimə edilib.
O, təşkil etdiyi mərasimlərdə həm də azyaşlı qız uşaqlarının erkən evliliyini və yeniyetmələr arasında siğə üsulu ilə intim münasibətləri təbliğ etdiyinə görə həmyerlilərinin etirazları ilə qarşılaşıb.
Oxşar xəbərlər
"Hizbullah"ın hərbi-ideoloji rəhbərliyində vacib şəxslərdən biri öldürülüb
Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?
Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
