Xarkovda matəm elan olunub - YENİLƏNİB
Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində beş nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov həlak olanlar arasında iki uşağın olduğunu qeyd edib.
Bundan əlavə, zərbə nəticəsində altı uşaq xəsarət alıb.
Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.
"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - o qeyd edib.
Oxşar xəbərlər
Xarkovda Rusiyanın zərbələri nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb
Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb
Rusiyanın Xarkova hücumları nəticəsində yaralananların sayı 70-i ötüb - YENİLƏNİB
Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb
Rusiya Xarkova ballistik raketlə zərbə endirib, ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
-
"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
-
"AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan edib
