Qazaxıstanın nəqliyyat nazirinin müavini saxlanılıb
Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev vəzifəsindən azad edilib və rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidmətinə istinadən məlumat yayıb.
"Rüşvət almaqda şübhəli bilinən nəqliyyat nazirinin müavini Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılıb və həbs edilib", - məlumatda bildirilib.
Ötən gün Baş nazir Oljas Bektenov aidiyyəti nazirlikləri gömrük xidmətinin işinin zəif təşkilinə, həmçinin Rusiya və Qırğızıstanla sərhəddəki avtomobil keçid məntəqələrinin təmirinin gecikdirilməsinə görə tənqid edib. O, işin lazımi şəkildə təşkil edilməməsinə görə Dövlət Gəlirləri Komitəsi və Avtomobil Yolları Komitəsinin rəhbərlərinin cəzalandırılmasını tapşırıb.
Oxşar xəbərlər
Qazaxıstanda nəqliyyat nazirinin müavini saxlanılıb
Ermənistanda külli miqdarda rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi saxlanılıb
Ermənistanda rüşvətxor məmurlar saxlanılıblar
Qazaxıstanın yeni iqtisadiyyat nazirinin adı məlum olub - YENİLƏNİB
Britaniya müdafiə nazirinin keçmiş müavini pedofiliyada şübhəli bilinərək həbs olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
