Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq
Rusiya ilə Ukrayna arasında müzakirə masası İstanbulda qurulduğu kimi, uzaq olmayan tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, qanlı müharibəyə son qoyulacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, Türkiyə bu savaşla bağlı balanslı və sülhü müdafiə edən siyasət yeridib: "Taxıl dəhlizi, əsir mübadiləsi sülhə olan inamımızın nəticəsidir. Mayın 16-da təşkil olunan müzakirələrin birinci turundan sonra min əsir mübadiləsi həyata keçirildi. İyunun 2-də baş tutan ikinci turdan sonra 7 min 60 ukraynalı hərbçinin nəşi qarşılığında 97 rus hərbçisinin cənazəsi təhvil verildi".
Ərdoğan söyləyib ki, iyulun 23-də baş tutan üçüncü raunddan sonra ən azı 1200 əsir dəyişdirilib: "Bu müharibənin artıq bitməsi lazım olduğuna inanırıq. Hər fürsətdə deyirik ki, ev sahibliyinə hazırıq".
Oxşar xəbərlər
Ərdoğan: Fələstin dövləti mütləq qurulacaq
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin qısa müddətdə bitmə ehtimalı üfüqdə görünmür
Medinski: Rusiya Ukrayna ilə əsir mübadiləsinə iyunun 7-9-da başlamağa hazırdır
Ərdoğan: İstanbulu sülh mərkəzinə çevirmək istəyirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
