Türkiyədə peyğəmbərlərin karikaturasını yayımlayan nəşrin baş redaktoru həbs olunub
sizinxeber.az xəbər saytı

Türkiyədə peyğəmbərlərin karikaturasını yayımlayan nəşrin baş redaktoru həbs olunub


Həzrəti Məhəmməd və Həzrəti Musanın karikaturalatını dərc edən Türkiyənin "Leman" jurnalının baş redaktoru Aslan Özdəmir həbs olunub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Fransadan İstanbula qayıdan jurnalist hava limanında göz altına alınıb. Polis əməkdaşları Özdəmiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində "xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq" maddəsi ilə cinayət işi açılıb.

Hakim Özdəmir barəsində həbs qərarı çıxarıb.

Oxşar xəbərlər

Türkiyədə peyğəmbəri ələ salanlar saxlanıldı
“Meydan" TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb
Elnarə Qasımovanın həbs müddəti uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər