“Ermənistan Elektrik Şəbəkələri”nin rəhbəri azadlığı müqabilində şirkətlə sövdələşməyə getməyəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
13:30

“Ermənistan Elektrik Şəbəkələri”nin rəhbəri azadlığı müqabilində şirkətlə sövdələşməyə getməyəcək

30 in, 2025
13:30
595

“Ermənistan Elektrik Şəbəkələri”nin rəhbəri azadlığı müqabilində şirkətlə sövdələşməyə getməyəcək

"Ermənistan Elektrik Şəbəkələri" QSC-nin həbs edilmiş rəhbəri Samvel Karapetyan azadlığı qarşılığında şirkətlə bağlı sövdələşməyə getməyəcək.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru səlahiyyətlərinin müvəqqəti icraçısı David Kazinyan mətbuat konfransında bildirib.

"Ermənistan Elektrik Şəbəkələri"nin baş direktoru və Samvel Karapetyanı tanıyan bir insan kimi deyə bilərəm ki, belə bir şey mümkün deyil", - o qeyd edib.

S.Karapetyan vəkilləri vasitəsilə erməni xalqına səkkizinci müraciətini göndərib. Müraciətdə indiki hakimiyyətin ölkənin daxili investisiya iqlimini, demək olar ki, tamamilə məhv etdiyi qeyd olunub.

Müraciətdə, həmçinin qeyd olunub ki, son yeddi ildə əsasən minimum əlavə dəyərə malik şirkətlər yaradılıb, ölkə isə xarici investorlarda maraq oyatmayan perspektivsiz bazara çevrilib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi layihəsinin artıq hazır olduğunu və iyulun 1-də parlamentin növbədənkənar iclasında müzakirə ediləcəyini bildirib.

Bizimlə əlaqə saxlayın