“Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi layihəsi iyulun 1-də parlamentdə müzakirə ediləcək
"Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi layihəsi artıq hazırdır və parlamentin iyulun 1-də keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
Xüsusilə Paşinyan şirkətin müəyyən səhm paketini birja ticarətinə çıxarmaq niyyətindədir ki, onları istənilən şəxs ala bilsin. Bu məsələ "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyəti ilə, daha sonra isə parlament və hökumətdə müzakirə edilib.
O, bu yaxınlarda Homplex Hyper Mall ticarət mərkəzinin açılışında olduğunu və təqdimat zamanı işıqların söndüyünü deyib.
"İki variant var - ya sabotaj, ya da şəbəkə texniki cəhətdən yeni abunəçilərə xidmət göstərmək iqtidarında deyil. Hər iki halda nəticə eynidir – əvvəllər müzakirə olunan prosesə keçmək lazımdır. Bu proses mərhələli, lakin sürətlə həyata keçirilməlidir", - baş nazir bildirib.
Qeyd edək ki, QSC-nin sahibi iyunun 18-də həbs edilmiş erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyandir.
Oxşar xəbərlər
Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi layihəsi hazırdır
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Paşinyan Aİ-nin baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
