Dnepropetrovskda Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 174 nəfər yaralanıb - YENİLƏNİB
Rusiya Silahlı Qüvvələrinin Dneprpetrovsk vilayətinə (Ukrayna) endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Dneprpetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
"Dneprdə ölənlərin sayı 15-ə çatıb. Təəssüf ki, 174 nəfər yaralanıb. Həkimlər bütün lazımi tibbi yardımı göstərirlər", - o vurğulayıb.
Dnepr meri Boris Filatov iyunun 25-ni matəm günü elan edib.
Rusiya Silahlı Qüvvələrinin Dneprpetrovsk vilayətinə (Ukrayna) endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Dneprpetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
Onun sözlərinə görə, Dneprdə səkkiz nəfər həlak olub, 84 nəfər yaralanıb. Yaralılardan 62 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda yeddi nəfərin vəziyyəti ağırdır.
Bildirilib ki, Samarada iki nəfər həlak olub, 11 nəfər yaralanıb.
Bundan əlavə, müxtəlif infrastruktur obyektləri zərər görüb.
Dneprə (Ukrayna) səhər saatlarında endirilən zərbə nəticəsində yaralıların sayı 153 nəfərə çatıb.
“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının (VHA) rəhbəri Sergey Lısak bildirib.
O əlavə edib ki, yaralılardan 12 nəfərin vəziyyəti ağırdır: "Artıq 18 uşağa tibbi yardım göstərilib".
Oxşar xəbərlər
Rusiyanın raket zərbəsi nəticəsində Dneprpetrovsk vilayətində 11 nəfər həlak olub - YENİLƏNİB
Dneprdə Rusiya Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində yaralıların sayı 153 nəfərə çatıb
Rusiyanın Poltavaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər ölüb - YENİLƏNİB - 3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
